AŞPA Gürcüstanda görüşlər keçirəcək
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanda bir neçə görüş keçirəcək.
ANS PRESS-in məlumatına görə, görüş hüquqi məsələlər və insan hüquqları ilə əlaqədar keçiriləcək. AŞPA üzvləri Gürcüstanın baş prokuroru Georgi Badaşvili, Ədliyyə naziri Tee Tsulukiani ilə görüşəcək.
Gürcüstan parlamentinin mətbuat xidmətinin məluamtına görə, AŞPA nümayəndələri eyni zamanda deputatlar, parlamentin üzvləri ilə də görüşəcəklər.
Avropa Şurası Parlament Assambleyasının nümayəndələrin Gürcüstana səfəri fevralın 19-da başa çatacaq.
Mənbə:> ANSPRESS