Əli Həsənov: Oyunlar Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacaq
Azərbaycanda keçirilən yarışda Ermənistan idmançıları da iştirak edir. İlk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inanıram.
Oxu.Az xəbər verir ki, bunu bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib..
Ə.Həsənov bəyan edib ki, erməni xalqı da, Dağlıq Qarabağ əhalisi də Ermənistandakı separatçı rəhbərlərin, separatçı düşüncəli siyaslərin girovuna çevirliblər.
“25 ildir ki, 1 milyona yaxın Azərbaycan vətəndaşı öz yurd-yuvalarından didərgin salınıb, 25 ilə yaxındır ki, BMT-nin Ermənistan tərəfindən işğal olunmuş ərazilərin qeyd-şərtiz azad edilməsi ilə bağlı 4 qətnaməsi qəbul olunub və Ermənistan dövləti tərəfindən faktiki olaraq, yerinə yetirilmir. Bir dövlət BMT-nin bu qətnamələrinə meydan oxuyur. 20 ilə yaxındır ki, dünyanın təhlükəsizlik məsələləri Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsi ətrafında dolaşır.
Əksər beynəlxalq təşkilatlar münaqişənin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağdakı insanların hüquqlarının qorunması ilə həllinin tərəfdarı olduqlarını bəyan ediblər. Təəssüf ki, Ermənistan dövlətinin qeyri-konstruktiv yanaşması nəticəsində münaqişə davam edir. Dağlıq Qarabağ münaqişəsi tək bölgənin deyil, düynanın, Avrasiyanın təhlükəsizliyini təhdid edir.
Biz vaxtında bəyan etdik ki, bu münaqişəyə göz yumulsa, zəncirvari münaqişələr baş verəcək. Bu gün Ukrayna və Balkanlarda baş verən hadisələr göstərdi ki, separatizmlə oynamaq olmaz, bu təhlükəlidir. Nə qədər Dağlıq Qarabağ problemi mövcudur, bölgədə və dünyada sülhün tam bərqərar olmasından danışmaq olmaz”.
Mənbə:> Oxu.Az