Avroparlament üzvləri Azərbaycan siyasi məhbuslarının şəkli olan köynəklərdə
İyunun 8-də Avropa Parlamentinin vitse-prezidenti və Avropanın Yaşıllar Partiyasının üzvü Ulrike Lunaçek və bir sıra avropalı parlamentarilər qurumun sessiyasının açılış iclasına Azərbaycanda həbs olunan hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılıblar.
Qara köynəklərin üzərində jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Leyla Yunus, Emin Hüseynov, İntiqam Əliyevin şəkilləri olub.
Avropalı parlamentarilər bununla siyasi məhbusların azad olunmasına çağırıblar.
Sonra Avropa Parlamentinin vitse-prezidenti Ulrike Lunaçek çıxış edərək bildirib ki, Avropa Azərbaycanda siyasi məhbuslar probleminə biganə qalmamalıdır. O qeyd edib ki, bununla bağlı qətnamə çıxarılmalıdır.
Mənbə:> Virtualaz.org