Türkiyədə kürdlər küçələrə axışdı – FOTO
Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilər yekunlaşdı.
Axar.az xəbər verir ki, seçkilərdə 10 faizlik limiti keçən Xalqların Demokratik Partiyası (HDP) böyük uğura imza atıb. HDP tərəfdarları gecə Diyarbəkir, Van, Hakkari şəhərlərində küçələrə axışıblar. HDP-çilər böyük coşqu ilə əldə edilən tarixi uğuru şəhərlərin əsas prospektlərində yolları kəsərək qeyd etməyə başlayıblar. Bəzi küçələrdə silah səslərinin gəldiyi də qeyd edilir.
Abdullah Öcalan lehinə şüarlar da səsləndirən HDP-çilər İraq Kürdüstan bölgəsində istifadə edilən bayraqları dalğalandırıblar.
Xatırladaq ki, ondan az öncə canlı efirdə tərəfdarlarına müraciət edən HDP lideri Səlahəddin Dəmirtaş küçələrə çıxmamağı və uğuru qeyd etməməyi tapşırmışdı.
Mənbə:> Axar.az