İranlı qadınlar tarixi anlaşmaya belə sevindi- Dünyanın danışdığı hadisə – VİDEO+FOTO
İranla “Böyük altılıq” ölkələri (Rusiya, ABŞ, Fransa, İngiltərə, Çin, və Almaniya) arasında bu günlərdə əldə edilən razılaşma qonşu ölkədə coşqu ilə qarşılanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yüzlərlə insan küçələrə çıxaraq ABŞ və Avropa İttifaqının bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasını qeyd ediblər.
Qeyd edək ki, Lozannada “altılıq” arasında baş tutan danışıqların yekunu olaraq Tehranın ən iri nüvə obyektləri 10 il ərzində fəaliyyətini dayandıracaq. Bunun müqabilində isə İrana qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılacaq.
ABŞ prezidenti Barak Obama isə bu sazişi bir vaxtlar ABŞ-la SSRi arasında əldə edilən razılaşma ilə müqayisə edib və onu “tarixi” razılaşma adlandırıb.
Mənbə:> Qafqazinfo.az