700 min fransız küçələrə axışdı – VİDEO
Fransada paytaxtı Parisdə terror aktının qurbanlarına həsr edilən yürüyüşdə 700 min insan iştirak edib.
AzNews.info ANS PRESS-ə istinadən xəbər verir ki, “Le Figaro” yazır ki, bu barədə Fransa Daxili İşlər nazirliyi başçısı Bernar Kaznev bildirib.
Onun sözlərinə görə, bununla Fransa vətəndaşları respublikanın dəyərləri ilə “sarsılmaz bağlılığını” göstərib.
Kaznev bu gün keçiriləcək marşda daha çox insanın iştirak edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, bu gün keçiriləcək terrora qarşı olan yürüyüşdə Fransa prezidenti Olland və eləcə də Türkiyə, Rusiya, Ukrayna kimi ölkələrin rəsmiləri də iştirak edəcək.
Mənbə:> ANSPRESS