Bakıdan ermənilərə “turizm zərbəsi” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Bakıdan ermənilərə “turizm zərbəsi”

Bakıdan ermənilərə “turizm zərbəsi”


BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) ötən ilin oktyabrında Səmərqənddə keçirilən iclasında Azərbaycanın təklif etdiyi qətnamə bu il mayın 28-29-da Xorvatiyada keçirilən iclasda qəbul edilib.

Məlumata görə, Azərbaycanın BMT-yə təqdim etdiyi layihə “Münaqişə zonalarının turizm sahəsində qanunsuz təbliğinin qarşısının alınması” adlanır.

Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyində bu gün tədbir keçirilib.

Virtualaz.org saytının tədbirdə iştirak edən müxbiri xəbər verir ki, məlumata görə, bu qərar münaqişəli ərazilərin Azərbaycan üçün ən əsası Ermənistan tərəfindən işğal edilmiş ərazilərin xarici turizm sərgilərində və digər yollarla təbliğinin qarşısının alınması üçün istinad ediləcək beynəlxalq sənəddir.

Qərar bilavasitə Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının bütün etika prinsiplərinə əsaslanır və turistlərin təhlükəsizliyi, ölkələrin suverenliyinə hörməti təşviq edir.

Bu qərar ÜTT-yə üzv ölkələrin xarici işlər və turizm sahəsinə məsul nazirliklərinə, beynəlxalq turizm sərgilərinin təşkilatlarına, ölkəmizin xaricdə və xarici ölkələrin ölkəmizdəki səfirliklərinə göndəriləcək.

Ə.Qarayev Azərbaycanın turizm və səyahət rəqabətliliyi hesabatına görə, son vaxtlar daha aşağı mövqedə olması ilə bağlı yayılan fikirlərə də münasibət bildirdi.

Nazir dedi ki, bu hesabat bir neçə amili əhatə edir. Ona görə də nəticəyə birmənalı yanaşılmamalıdır: "Həmin hesabatda 150 ölkə yer alıb, ölkəmiz bu siyahıda 79-cu yerdədir. Bu reytinq həm ölkəyə gələn, həm də yaradılan şəraiti əhatə edir. İldən-ilə bu reytinq daha geniş ölkəni əhatə edir. Biz bu reytinqdə 8 mövqe üzrə irəliləmişik, 7 sahədə isə aşağı düşmüşük. Azərbaycanın gerilədiyi sahə ölkəyə gələnlərin az olması ilə əlaqədardır.

Bunun da bir sıra səbəbləri var. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycana 2014-cü ildə gələnlərin sayı azalsa da turizm məqsədilə gələnlərin sayı artıb. Xüsusilə Azərbaycanda turizmin inkişafı ilə bağlı tendensiya var. Turizmin ölkənin ümumi daxili məhsulunda çəkisi artıb. 2013-cü ildə bu göstərici 3,6 faiz, 2014-cü ildə 4,1 faiz təşkil edib. Enerji, neft-qaz emalı ilə məşğul olan ölkələrdə bu rəqəm 2 faizdən çox olmur. Azərbaycanda bu rəqəmin 4 faizdən çox olması turizmin mövqeyinin güclənməsini göstərir. Bu siyahıda irəliləyişlər əsasən İKT-nin inkişaf, qiymət rəqbətliliyi, təhlükəsizlik kimi sahələrdədir".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *