Avropalılara səhər yeməyində nə verəcəyik?
“Ötən il Azərbaycan sərhədini keçən əcnəbi vətəndaşların sayı azalıb.
Təbii ki, bu, Azərbaycandan asılı olan məsələ deyil. Rusiyada və digər ölkələrdə böhran baş verib ki, bütün bunlar hamısı bu məsələyə öz təsirini göstərir. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdə 2014-cü il üzrə Azərbaycan sərhədlərini keçən əcnəbilərin sayının azaldığı qeyd olunub. Lakin komitənin açıqladığı digər rəqəmlərə əsasən 2014-cü ildə Azərbaycana gələn turistlərin sayı çoxalıb”.
Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. O bildirib ki, 2014-cü ildə turizm sahəsi Ümumi Daxili Məhsulun 4,11 faizini təşkil ediB: “2013-cü ildə isə turizm Ümumi Daxili Məhsulun 3,16 faizini təşkil edib. Ümumilikdə, enerji, neft və qaz emalı ilə məşğul olan ölkələrdə bu rəqəm 2 faizdən yuxarı çıxmır. Ümumi Daxili Məhsulda turizmin 4,11 faiz təşkil etməsi böyük uğurdur”.
Nazirin qeyd edib ki, ölkədə 95 faizdən çox mehmanxana lisenziyalaşdırılıb: “Mən Bakıda keçiriləcək I Avropa Oyunları zamanı ölkəmizə təşrif buyuracaq turistləri bu mehmanxanalardan istifadə etməyə çağırıram. Çünki bu mehmanxanalar bizim nəzarətimiz altındadır. Onu da qeyd edim ki, biz Azərbaycan səhər yeməyinin şəhadətnaməsini almışıq və bu bizə imkan verir ki, Avropa Oyunları zamanı biz öz səhər yeməyimizi turistlərə təqdim edək”.
Mənbə:> ANSPRESS