Sabiq deputat oğlunun Çexiyaya sığınması xəbəri yayıldı
Baku.ws xəbər verir ki, Çexiyaya yollanmış A.Nağılbaz bu ölkədə siyasi sığınacaq almaq istəyir.
Hazırda onun qaçqınların müvəqqəti saxlanma mərkəzində olduğu bildirilir.
Bu mərkəzdə təxminən 130 miqrant 3 həftə ərzində kiçik otaqlarda yaşayır. Müddət başa çatandan sonra miqrantla bağlı ya gəldiyi ölkəyə deportasiya qərarı qəbul olunur, ya da ona rəsmən qaçqın statusu verilir və bu şəxs şəhərdəki yataqxanalardan birinə yerləşdirilir.
Virtualaz.org xatırladır ki, Anar Nağılbaz tanınmış jurnalist, sabiq millət vəkili Rizvan Cəbiyevin oğludur.
Mənbə:> Virtualaz.org