Deputat oğlunun saxlanılmasından danışdı – “7 il əvvəl oğlum...”
Milli Məclisin deputatı Fərhad Qəribov oğlu Elnur Qəribovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.
AzNews.info xəbər verir ki, lent.az-a açıqlama verən millət vəkili bildirib ki, oğlunun Beynəlxalq Banka heç bir kredit borcu yoxdur:
“7 il əvvəl oğlum Cahangir Hacıyevlə şərik iş qurmuşdu. Lakin bu iş alınmadı. Oğlumun ona heç bir borcu da olmayıb”.
F.Qəribov əlavə edib ki, Elnur Qəribovun saxlanması xəbəri həqiqəti əks etdirmir:
“Bunlar hamısı yalan söhbətlərdir, ola bilər çağırıb nə isə soruşublar, amma buna don geyindirmək, bəzəyib ictimaiyyətə çatdırmaq doğru deyil. Oğlum hal-hazırda evdədir, yatır”.
Mənbə:> Lent.az