Fərhad Əliyev siyasi sığınacaq aldı - Avropada » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Maraqlı

Fərhad Əliyev siyasi sığınacaq aldı - Avropada

Fərhad Əliyev siyasi sığınacaq aldı - Avropada

2013-cü ilin oktyabr ayında əfv edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev Almaniyadan sığınacaq alıb.


“Qafqazinfo” xəbər verir ki, bu məlumatı “Yeni Müsavat” yayıb. Redaksiyaya məlumat verən mənbənin sözlərinə görə, Əliyev qardaşları ən azı 5 il Azərbaycana qayıda bilməyəcəklər.

Qəzet yazır ki, F.Əliyevin həbsdən buraxıldıqdan sonra ölkəni tərk edəcəyi barədə xəbərlər yeni deyildi. Çünki hakimiyyətlə belə bir anlaşma da olmuşdu ki, sabiq nazir və qardaşı əfv edildikdən sonra xaricdə yaşayacaqlar. Üstəlik, belə bir anlaşma da vardı ki, milyarder statusunu həbsdə də itirməyən, xaricdə də xeyli əmlak sahibi olan Əliyevlər heç bir siyasi fəallıq göstərməyəcəklər, susacaqlar.

Mənbənin dediyinə görə, sığınacağı Almaniyadan almalarına baxmayaraq, hazırda Əliyev qardaşları bu ölkədə yaşamırlar. Fərhad Əliyevin İngiltərəyə köçərək orada ailəsi ilə birlikdə yaşadığı bildirilir. Qeyd edək ki, sabiq nazirin oğlu Böyük Britaniyada təhsil alır. Fərhad Əliyevin həyat yoldaşı da uzun illərdir ki, Londonda oğlunun yanında yaşayır. Bu ölkənin qanunlarına görə, evi olan şəxsin İngiltərədə yaşaması üçün sığınacaq, xüsusən də siyasi sığınacaq almasına zərurət görülmür.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *