Abdullah Gül yeni villasına köçdü
Türkiyənin sabiq prezidenti Abdullah Gül dövlətə məxsus sarayı tərk edərək yeni villasına köçüb.
ANS PRESS-in məlumatına görə, Abdullah Gül və həyat yoldaşı Hayrünnisə Gül Tarabya Köşkünü tərk edərək Beykozdakı villasına yerləşib.
Gül ailəsinin yerləşdiyi villada avtomatlaşdırılmış təhlükəsizlik sisteminin quraşdırıldığı bildirilir.
Sabiq prezidentin ailəsi yeni ünvanlarına səssiz köçüb. Türkiyə mətbuatı bir həftədən sonra bundan xəbər tutub.
Qeyd edək ki, Gül ailəsinin dövlətə məxsus sarayda yaşaması səbəbindən sabiq prezident sərt tənqidlərə hədəf olmuşdu.
Mənbə:> ANSPRESS