Saakaşviliyə vəzifə verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya, Video

Saakaşviliyə vəzifə verildi – VİDEO

Saakaşviliyə vəzifə verildi


Ukrayna prezidenti Petro Poroşenko Gürcüstanın eks prezidenti Mixail Saakaşviliyə vəzifə verib.

ANS PRESS-in məlumatına görə, Poroşenko Odessa vilayəti dövlət administrasiyasının başçısının Saakaşvilinin təyin olunması barədə qərar imzalayıb. Bu barədə "Ria Novosti" xəbər verir.

“Mixail Saakaşvili Odessa vilayəti dövlət administrasiyasının başçısı təyin olunsun”, - deyə qərarda bildirilir.

Dünən qərarının təsdiqi kimi Poroşenko Saakaşvilini Odessanın yeni başçısı kimi ictimaiyyətə təqdim edib.

“Mən Odessa və bölgədə daha yaxşı yollar görmək istərdim. Biz bunu ilk prioritet edəcəyik. Mən çox istərdim ki, artıq bir ildən sonra insanlar daha yaxşı yaşadıqları barədə dillənə bilsinlər. Bu Odessa vilayəti administrasiyasının yeni təyin olunmuş başçısı, Ukraynanın dostu qarşısında qoyduğum ilk öhdəliklərdir... Bu insanın adı- Mixail Saakaşvilidir”- deyə Poroşenko bildirib.

Bundan əlavə, eks Gürcüstan prezidentinin vətəndaşlığa qəbul olunması barədə də qərara Poroşenko imza atıb.

Mixail Saakaşvilinin artıq ilk tapşırıqlar verməsi barədə xəbərlər gəlir. O, Odessa şəhərinin saytının təkmilləşdirilməsini tapşırıb.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *