Prezident oliqarxları yox edir – FOTO
Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynada bundan sonra oliqarxların olmayacağını bəyan edib.
ANS PRESS-in məlumatına görə, ölkə başçısı bu haqda canlı yayımda Odessada çıxışı zamanı bildirib. Poroşenkonun çıxışının birbaşa yayımı “YouTube” video portalında və "112 Ukrayna" kanalıda yayımlanıb.
"Ukraynada heç bir oliqarx daha olmayacaq. Oliqarxlar orta təbəqədən daha çox vergi ödəməlidir", - deyə Poroşenko qeyd edib.
Qeyd edək ki, Poroşenko Odessanın qubernatoru kimi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini təqdim edib. Bundan başqa Poroşenko Saakaşviliyə Ukrayna vətəndaşlığı verib
Mənbə:> ANSPRESS