Təlimlər Ağ evin diqqət mərkəzində » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Video

Təlimlər Ağ evin diqqət mərkəzində – VİDEO

Təlimlər Ağ evin diqqət mərkəzində


ABŞ rusiya ordusunun təlimlərini diqqətlə izləyir.

ANS PRESS-in məlumatına görə, bu barədə çərşənbə axşamı Ağ evin mətbuat katibi Coş Ernest brifinq zamanı bildirib.

“Biz bu tip təlimlərin Rusiyanın keçmişdə keçirməsinin şahidi olmuşuq. Buna görə də bu bizim üçün elə də sürpriz olmadı. Lakin biz NATO üzrə müttəfiqlərimizin təhlükəsizliyinə təsir edə biləcək hər bir fəaliyyəti diqqətlə izləyirik”- deyə o bildirib.

ABŞ prezidentinin rəsmi nümayəndəsi eləcə də ”Rusiyanın hərbi təlimlərinin alyansın bəzi Baltikyani ölkələri yaxınlığında keçirilməsi tendensiyasını” xatırladaraq – “Bəzən bu təlimlər Şimal dənizində keçirilir”- dedi.

Bu manevrlərin Ukrayna ətrafında baş verənlərə təsiri barədə suala cavab verərkən Ernest bildirib ki, “Bu ölkənin sərhədlərində baş verən hərəkətlər bəzi narahatlıqların mənbəyidir”.

Bundan əvvəl çərşənbə günü RF Müdafiə nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq baş idarəsinin rəhbəri Sergey Koşelyov bildirib ki, mərkəzi hərbi dairəsinin havadan müdafiə qüvvələri və aviasiyasının Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı kanalları ilə qəfil yoxlanılması barədə digər ölkələr xəbərdarlıq olunub. Bundan əlavə manevrlər barədə məlumat Çinə də verilib.

“Mövcud beynəlxalq razılıqlara və birbaşa 2011-ci il Vena razılaşması çərçivəsində Rosiya federasiyasının müttəfiqlərin xəbərdarlıq olunması barədə heç bir öhdəliyi yoxdur. Buna baxmayaraq dostluq niyyət ilə ATƏT kanalları vasitəsilə biz dünən bütün üzvlərə xəbərdarlıq göndərtmişik. Eləcə də eyni məlumatı təlimlərimizin xarakteristikası ilə birgə Çinli əməkdaşlarımıza göndərmişik”- deyə xarici attaşelər üçün təlimlərə həsr olunmuş brifinqdə Kolşelyov bildirib. Koşelyov bir daha rusiya hərbiçilərinin bu informasiyanı verməyində yalnız “dostluq niyyəti” olduğunu vurğulayıb.



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *