Rusiyaya qarşı ordu toplanır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Rusiyaya qarşı ordu toplanır

Rusiyaya qarşı ordu toplanır


Ukraynada baş verən hadisələr fonunda Şərqi Avropa və Pribaltika ölkələri əsl isteriya yaşayır.

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya hərbi elmlər Akademiyasının professoru Vadim Kozyulin Litva prezidenti Dalya Qribauskaytenin Rusiyanı “terrorçu ölkə” adlandırmasını şərh edərkən deyib.

Onun sözlərinə görə Qərb artıq Ukrayna xəbərlərindən bezib, özünə diqqət çəkmək üçün isə Vilnyus ehtirasları alovlandırmaq məcburiyyətindədir.

Qeyd edək ki, hazırda Baltikyanı ölkələrində əsl hərbi vəziyyətdir desək yanılmarıq. Hazırda ölkələrin gündəmində ən əsas siyasi məsələ təhlükəsizlik durur. Litva çevik ordu qüvvələri hazırlayır, Latviya isə birdən ordu xərclərini artırmağa başlayıb.

Litvanın dövlət müdafiə birliyi yeni təhlükəsizlik təhdidlərinin mövcudluğunu nəzərə alaraq müdafiə konsepsiyasına yenidən baxmağı təklif edib. Bəziləri isə Baltikyanı ölkələrin vurğuladığı “Rusiya təhlükəsi”ni özlərinin kəşf etdiyini deyirlər.

Lakin iqtisadi krizis yaşayan bu ölkələrin hərbi büdcələri də çox kiçikdir. Məsələn “Financial and Economic Data Relating to NATO Defence”-in bildirdiyinə görə şərti “Rusiya təhdidindən” danışan Pribaltika ölkələrindən yalnız Estoniya Şimali Atlantik Alyansına Uels sammiti tərəfindən qəbul edilmiş EDM-dən 2%-in ayırır. Latviya bu rəqəmin yalnız 0,9, Litva isə ondan da az 0,8 faizini ödəyir.

Məhz buna görə Alyansın başçısı qonşu Latviyaya səfər etdikdə Riqa sanki hesabat verircəsinə bəyan etdi ki, Rusiya ilə sərhəddə polis nümayəndələrini çoxaldacaq. Bundan əlavə Latviya höküməti ölkənin hava məkanının qorunmasına daha 500 min avro ayıracaq. NATO baş katibi Stoltenberq Latviya hökümətinin müdafiə büdcəsini 2020-ci ilə ÜDM-in 2 faizinə qədər artırmasını “regionun təhlükəsizliyində əsaslı addım” adlandırıb.

Vilnyus öz növbəsində Əfqanıstanda təhlükəsizliyin qorunması üzrə İSAF beynəlxalq qüvvələrinə 236 hərbiçi ayırır. Bundan əlavə bizdə də Aəzrbaycan-erməni münaqişəsində ATƏT missiyası çərçivəsində bir litvalı hərbi müşahidəçi var. Geopolitik dəyişikliklər Litvada 2008-ci ildən müqavilə ilə yürüdülən hərbi xidmətin hətta məcburi çağırışa keçməsi məsələsini müzakirə mövzusu edə bilər.

“Lazım gələrsə çağırışla əsgərliyə belə keçə bilərik”, - deyə ölkənin müdafiə naziri Yuozas Olekas bildirib. Lakin təyyarə və tankı belə olmayan Litva ordusunun edə biləcəyi yalnız budur.

Lakin bu fonda daha təsirli Polşa, Litva və Ukraynanın birgə LitPolUkrBriq (LitPolUkrBrig) adlı çevik alay qüvvələri yaratmasıdır. Onun məqsədi "BMT və Aİ çərçivəsində sülhməramlı əməliyyatlarda iştrak etməkdir”- deyilsə də layihənin real məqsədi kimi Ukrayna ordusunun NATO standartlarına gətirilməsidir.

Güman edilir ki, alaya 4,5 min əsgər və zabit daxil olacaq. Onların arasında desant, təmir təmin edən qruppalar, artileriya, mühəndis və istehkamçılar, radiasiya kimyəvi və bioliji müdafiə üzrə mütəxəssisləşmiş dəstə və digər bölmələr daxildir.

Bunlar hamısı ona dəlalət edir ki, yaxın zamanda biz NATO standartlarına uyğun Ukrayna odusu görəcəyik və bəlkədə bundan sonra ölkənin Alyansa daxil olmasını.

Bu günlərdə ABŞ-nin Avropada quru qoşunları komandanı Ben Hodces də Şərqi avropada 150 M1 Abrams tanklarının yerləşdirilməsi xəbəri vermişdi.

Bundan əlavə o Baltik ölkələr, Polşa, Rumıniya, Bolqarıstan və digər ölkələrdə “Rusiya aqressiyası”nın qarşısını almaq lazım gələnədək yeni texnika yerləşdirilməsini davam edəcəklərini bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *