Böyük hərbi təlimə doğru
Moskvada MDB Müdafiə Nazirləri Şurasının 67-ci iclasında Birliyin Müdafiə nazirlikləri hərbi tərəfdaşlığın beynəlxalq hüquqi bazası üçün əsas yaradıblar.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, 2020-ci ilədək MDB iştirakçı ölkələrinin hərbi əməkdaşlığının konsepsiya layihəsi hazırlanıb və təsdiq edilməsi üçün dövlət başçılarına təqdim olunub.
S.Şoyqu qeyd edib ki, 2015-ci ilin avqust-sentyabr aylarında "Hərbi Birlik - 2015" adı altında döyüş atışı ilə birgə hərbi təlimlərin keçirilməsi təsdiq edilib. Hərbi təlimlər Rusiyanın Aşuluk poliqonunda keçiriləcək.
Digər tərəfdən, MDB ölkələrinin hərbi mütəxəssislərinin hazırlanmasının təkmilləşdirilməsi haqqında qərar qəbul edilib.
Ümumilikdə iclasda 20-dan artıq məsələyə baxılıb.
Mənbə:> Trend