İtaliyada yerli hökumət TAP-a qarşı bunt qaldırır » AzNews.info -Xəbər portalı

İtaliyada yerli hökumət TAP-a qarşı bunt qaldırır

İtaliyada yerli hökumət TAP-a qarşı bunt qaldırır



Virtualaz.org saytı xəbər verir ki, İtaliya hökuməti mayın 21-də kəmərin ölkə ərazisindən keçən hissəsinin tikintisinə dair qərar versə də kəmərin Apuliya bölgəsinin regional hökuməti bu qərardan şikayət verəcəyini bildirib.

TAP Adriatik dənizinin dibindən keçərək İtaliyanın zeytun bağları ilə məşhur Apuliya bölgəsində sahilə çıxmalıdır. Kəmərin 8 kilometrdən çox hissəsi bu bölgədən keçməlidir.

“La Reppublica” qəzetinin yazdığına görə, Apuliya bölgəsinin prezidenti Nitsi Vendola bildirib ki, onun hökuməti İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin TAP-ın təsdiq edilmiş marşrut üzrə tikintisinə dair qərarından şikayət verəcək.

“Mən ümid edirəm ki, regional seçkilərdən sonra formalaşacaq yeni Apuliya hökuməti bu qərardan şikayət verəcək, əvvəlki hökumətin mövqeyinə yenidən baxacaq”- deyə N.Vendola bildirib.

Onun sözlərinə görə, mərkəzi hökumət özündən razılıq edib və regional hökumətin etirazlarını nəzərə almayıb. Çünki TAP kəməri Apuliya bölgəsində zeytun bağlarına zərər vuracaq və ətraf mühiti korlayacaq.

N.Vendola deyib ki, regional hökumət TAP kəmərinin təhlükəsizliyi ilə bağlı məsələyə də yenidən baxılmasını istəmişdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *