Liviya hökuməti istefaya getdi
Liviyada Baş nazir Abdulla Taninin rəhbərliyi altında müvəqqəti hökumət istefaya getdiyini açıqlayıb.
ANS PRESS-in məlumatına görə, Nazirlər Kabineti öz bəyanatında Liviya cəmiyyətinin bütün tərəflərinin təmsil olunduğu yeni hökumət formalaşdıracağını elan edib.
Liviya parlamenti isə paytaxt Tripoli yaxınlığında müxtəlif silahlı qruplaşmalar arasında gedən döyüşlərdən qorunmaq üçün ölkənin şərqindəki Tobruk şəhərinə köçürülüb. Bu həftənin əvvəllərində isə radikal qruplaşma Tripolidə öz parlamentinin formalaşdırıldığını elan etmişdi.
Mənbə:> ANSPRESS