McDonaldsa şok! Filiallar bağlanır
Rusiyada açılan ilk McDonalds restoranının yerləşdiyi Puşkin Meydanında toplanan kiçik bir qrup, ABŞ əleyhinə şüarlar səsləndirərək bu restoranlar şəbəkəsini protesto etdilər.
ANS PRESS-in məlumatına görə, Rusiya hökuməti bu etirazlardan sonra ölkədəki bütün McDonalds restoranlarının bağlanmağa qərar verib.
Rusiya İstehlak Bazarına Nəzarət Xidməti (Rospotrebnadzor) ilk olarak "McDonalds"ın Moskovadakı 4 filialını müvəqqəti olaraq bağlayıb. Bu filiallarda aparılan yoxlamalarda qidalardakı enerji dəyərinin bəyan edilənlə eyni olmadığı üzə çıxıb. Paytaxt Moskvadakı 111 “Makdonalds” restoranında yoxlamalar aparacaq.Ortaya çıxan bu təsbitdən sonra Rusiyadakı bütün "McDonalds" restoranlarının bağlanmasına qərar verildi.
Hökumətin bu qərarını dəstəkləyən rus xalqı dünən paytaxt Moskvada nümayişlərə çıxıblar.
Rusiyanın “Makdonalds” restoranlar şəbəkəsi ilə müharibəsini Ukrayna böhranına görə Qərb və Rusiya arasında yaranan gərginliklə əlaqələndirir. “Makdonalds”ın itkiləri Rusiyada 20 milyard rubl dəyərində hesablanıb.
Qeyd edək ki, Rusiya ərazisində 435 “Makdonalds” restoranı fəaliyyət göstərir. Onlardan 115-i paytaxt Moskvadadır. Bu restoranlarda 12 min nəfər çalışır.
Mənbə:> ANS PRESS