Ərdoğanın şərəfinə yaylım atəşi
Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi yekunlaşıb.
ANS PRESS-in məlumatına görə, avtomibil karvanı ilə hərəkət edən Türkiyənin yeni prezidenti Ərdoğanın şərəfinə ölkənin müxtəlif yerlərində 101 dəfə topdan atəş açılıb.
Ankarada Çankaya köşkündə başlayam mərasimdə bir sıra ölkələrin dövlət və hökumət başçıları iştirak edir.
Andiçmə mərasimində Azərbaycanı baş nazir Artur Rasizadə təmsil edir. Mərasimdə Ermənistan tərəfində isə xarici işlər naziri Edvard Nalbandyan da iştirak edir.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan avqustun 10-da keçirilən prezident seçkilərində 52% səslə qalib gəlib..
Mənbə:> ANSPRESS