Nazir: İtaliya hökuməti TAP ilə bağlı son qərarını açıqlayacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Nazir: İtaliya hökuməti TAP ilə bağlı son qərarını açıqlayacaq

Nazir: İtaliya hökuməti TAP ilə bağlı son qərarını açıqlayacaq


İtaliya hökuməti may ayına qədər “Trans-Adriatik” (TAP) layihəsi ilə bağlı son qərarını açıqlayacaq.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi bildirib.

Nazirin sözlərinə görə, TAP layihəsi bütövlükdə Avropanın gündəliyində olan məsələlərdən biridir:

“Bu bizim üçün olduqca əhəmiyyətli və strateji layihədir. Enerji məsələləri İtaliya və bütünlükdə Avropanın gündəliyində olan ən vacib sahələrdən biridir. Əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyması, enerji təhlükəsizliyinin təmin olunması baxımından bu layihə ölkələrimiz üçün çox vacibdir. Təbii ki, TAP layihəsi enerji şaxələndirilməsi üzrə planlarımızın önəmli hissələrindən biridir. Bu layihə İtaliyanın və digər ölkələrin enerji resurslarına tələbatının ödənilməsi istiqamətində töhfələrini verəcək. Marşrutların təmini baxımından da bu layihənin əhəmiyyətini qeyd etmək istəyirəm”.

Azərbaycanla İtaliya arasındakı ticarət dövriyyəsi sizi qane edirmi? - sualına isə qonaq bu cür aydınlıq gətirib:

“Azərbaycan ilə İtaliya arasındakı idxalın əsasını neft təşkil edir. Gələcəkdə əlbəttə ki, qaz sahəsində idxala üstünlük verəcəyik. İtaliyadan Azərbaycana məhsulları ixrac etməklə biz gələcəkdə bu əməkdaşlığı daha da genişləndirməyə və yeni imkanlar axtarmağa çalışacağıq. İtalyan Müəssisələrinin Təşviqi və Beynəlmiləşdirilməsi Təşkilatı hökumət tərəfindən şirkətlərə müvafiq tədbirlər görmək üçün yaradılan mexanizmdir. Biz dünyada yaxşı bir iş mexanizmi yaratmışıq. Bu qurum şirkətlərə lazım ola biləcək ən vacib alətlərdən biridir. İnanıram ki, bu əməkdaşlıq gələcəkdə daha da inkişaf edəcək”.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *