Türkiyə İrəvana xəbərdarlıq etdi
Ermənistanın "Metsamor" atom elektrik stansiyası (AES) bütün bölgə üçün real təhlükədir.
ANS PRESS-in məlumatına görə, Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız bu barədə açıqlama verib.
Onun sözlərinə görə, Türkiyə Ermənistanın elektrik enerjisinə ehtiyacı olduğuna görə istismarı olduqca riskli olan bu AES-i görməzdən gəlməməlidir.
Qeyd edək ki, "Metsamor" AES 1970-ci ildə tikilib. Mütəxəssislərin fikrincə, AES regiondakı seysmik aktivlik səbəbindən təhlükə daşıyır.
Mənbə:> ANSPRESS