Ərdoğandan qorxulu imza
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Atom Elektrik Stansiyası” barədə qanunu imzaladı.
ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri prezident administrasiyasının mətbuat mərkəzi yayıb.
“6642 saylı Türkiyə respublikası hökuməti ilə Yaponiya hökuməti arasında Türkiyə respublikasında Atom Elektrik Stansiyalarının və Atom Elektrik Sənayesinin inkişafı sahəsində əməkdaşlıq barədə razılaşma ilə Türkiyə respublikasında Atom Elektrik Stansiyalarının və Atom Elektrik Sənayesinin inkişafına dair əməkdaşlıq memorandumunun imzalanmasının uyğun olması barədə qanun cənab prezident tərəfindən konstitusiyanın 89-cu maddəsinin birinci bəndi ilə 104-cü maddəsinin ikinci bəndinin tələbi ilə yayımlanmaq üçün baş nazirliyə göndərilib” – deyə mətbuat mərkəzinin açıqlamasında qeyd edilib.
Xatırladaq ki, hələ baş nazir olduğu dövrdə Ərdoğanın ölkədə AES-lərin tikiləcəyi barədə planları ictimaiyyət tərəfindən birmənalı qarşılanmamış, xüsusilə sol düşüncəli insanları aksiyalarla bu fikrə kəskin etirazlarını bildirmişdilər.
Mənbə:> ANSPRESS