İŞİD 5 liviyalı jurnalisti öldürüb
İŞİD terror qruplaşmasının silahlıları Liviya telekanalının (Libyan TV) 5 jurnalistini öldürüb.
AzNews.info APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə hərbi mənbələr bildirib.
Jurnalistlərin meyitləri Bayda şəhərinin yaxınlığında aşkar olunub.
Benqazi şəhərinə yollanan jurnalistlər ötən ilin avqust ayından etibarən itkin düşmüş hesab edilirdilər.
Mənbə:> APA