Öldürüb üst-üstə quyuya atıblar
İraqda İŞİD terrorçu qruplaşması daha bir qətliam törədib.
ANS PRESS-in məlumatına görə, terrorçular İraqın Ənbar vilayətində sünni Elbu Nimr aşirətinə mənsub 322 nəfəri öldürüb.
Türkiyə mətbuatının yazdığına görə, öldürülənlərdən başqa İŞİD eyni aşirətdən 65 nəfəri qaçırıb.
İraq hökumətinin açıqlamasına görə, terrorçular bu gün 50 nəfəri öldürüb. Onların cəsədləri quyudan tapılıb.
Qeyd edək ki, İŞİD terrorçu qruplaşması İraqın təxminən 41 fazini işğal edib. Onların nəzarəti altında olan bölgələrdə isə müxtəlif qətliamlar törədilir.
Mənbə:> ANSPRESS