İŞİD-in narkobaron komandiri
İŞİD terror qruplaşmasının Suriyadakı komandirlərindən olan Səddam Camalın keçmiş mühafizəçisi onun keçmişi və İŞİD-dəki fəaliyyəti haqqında danışıb.
ANS PRESS-in məlumatına görə, Əbu Abdullah adlı bir şəxs əvvəllər Səddam Camalın mühafizəçisi olub. Lakin bir müddət sonra İŞİD-çilərin əlindən qaça bilib.
O, Türkiyədə “Daily Telegraph”ın müxbiri Rut Şerloka verdiyi müsahibəsində Səddam Camalın əvvəllər narkotik satdığını, həmçinin bir müddət Azad Suriya Ordusunda savaşdığını, daha sonra İŞİD terror qruplaşmasına beyət edərək onların tərəfinə keçdiyini bildirib.
Keçmiş mühafizəçi həmçinin bildirib ki, Səddam Camal əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyilə Qərb müttəfiqlərdən pul və silah alan üsyançı qrupları əlaqələndirən Ali Hərbi Şuranın lideri olub. Abdullah Səddam Camalın keçmişi haqqında danışarkən bildirib ki, İŞİD Camalın evini partladıb, qardaşlarından birini öldürüb, başqa bir qardaşını isə əsir alıb, lakin sonra onu da öldürüb.
“Bundan sonra Camal yoxa çıxdı. Keçən ilin noyabr ayında isə bir videoda İŞİD-ə beyət etdiyini bildirdi. İŞİD-in əl-Bukamala qarşı olan hücumuna liderlik etdi. Bu müddətdə öz gücünü də artırdı. Hətta Şaitat adlı tayfa İŞİD-ə qarşı çıxanda həmin tayfadan içində uşaqların da olduğu 700 nəfəri öldürdü. Səddam Camal ata-ananın gözü qarşısında övladlarının başını kəsib qapıya asıb”, - deyə o, müsahibəsində bildirib.
Abdullah İŞİD-in etdiklərini islamı yaymaqla heç bir əlaqəsi olmadığını bildirib.”Camalı islamın yayılması qətiyyən maraqlandırmır. O, sadəcə şəxsi iqtidarını düşünür və İŞİD-də onun kimi insanlar çoxdur”, - deyə Abdullah əlavə edib.
Mənbə:> ANSPRESS