Səddam Hüseynin qızı haqqında şok iddia
İraqın keçmiş lideri Səddam Hüseynin qızı Raghadın İŞİD-ə maliyyə yardımı göstərdiyi üzə çıxıb.
ANS PRESS-in məlumatına görə, alman jurnalı “Der Spiegel” Raghadın İŞİD-in əsas maliyyə mənbəyi olduğunu iddia edib.
Jurnalda dərc olunan xəbərdə qeyd olunub ki, Ürdün vilayətində lüks bir həyat sürən xanım Hüseyn milyon dollarlıq sərvətə malikdir.
Sərvətin bir hissəsinin İŞİD-ə verildiyi bildirilib. Raghadın atasının intiqamını aldıqdan sonra iqtidara keçəcəyi də qeyd edilib.
Mənbə:> ANSPRESS