Avropanın "qarabasması" davam edir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Avropanın "qarabasması" davam edir

Avropanın "qarabasması" davam edir


19 apreldə 700 qaçqının ölümü ilə nəticələnən gəmi qəzasına baxmayaraq Avropa sahillərində daha yaxşı həyat axtaranların ard-arası kəsilmir.

ANS PRESS-in məlumatına görə, cümə günü daha 84 miqrant Siciliya adasının Katanya portuna çatıb.
İtaliya dəniz sərhədçiləri onları sınıq-salxaq gəmidən endiriblər.

Son günlərdə İtaliya hərbi dəniz qüvvələri tərəfindən qəzaya məruz qalan daha min miqrant Siciliyanın Auqustu və Lampeduzu adasına yerləşdirilib.

Elə həmin gün Katanya məhkəməsində batan gəminin kapitanı və köməkçisinə qarşı qəti imkan tədbiri müəyyənləşirib. 27 yaşlı Tunis vətəndaşı Muhamməd Əli Maliki və 25 yaşlı suriyalı Mahmud Bikxituya qarşı insanların qanunsuz daşınması, kütləvi qətliam və işgəncə fəaliyyəti maddəsi ilə ittiham irəli sürülüb.

Həbs olunanlar bir-birinə günahı ataraq məsuliyyətdən qaçmaq istəyirlər. Kapitan Malik iddia edir ki, qayığı onun asistenti Bikxid idarə edib. Bikxit isə öz nəövbəsində sükan arxasında daha sonra qəza zamanı batan digər şəxs olduğunu iddia edir.

İstintaqa öz ifadəsini sağ qalan miqrantlar da verib. Onların sözlərinə görə, insan alverçiləri xidmətlərinə görə onlardan çoxlu pul alıblar və yol boyu insanlarla qəddar davranırdılar. Sözə baxmamağa görə taxta ilə vururdular. İddiaya görə hətta daşıyıcılar gəminin qırağına çıxdığı səbəbilə bir kişini dənizə atıblar.



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *