ABŞ-ın "soyqırım" açıqlaması
ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf gündəlik mətbuat brifinqində 1915-ci il hadisələri barədə açıqlamalar verib. ANS PRESS-in məlumatına görə, Harf hökumətin düzgün olduğuna inandığı mövqeyinin davam edəcəyini açıqlayıb:
“Onların perspektivlərini əlbəttə başa düşürük, amma əvvəlki illərdə tutduğumuz mövqenin düzgün olduğuna inanmağa davam edəcəyik. Həm keçmişi qəbul etmək, həm də gələcək istiqrarı yaxalamaq nöqtəsində regional müttəfiqlərimizlə əməkdaşlıq baxımından bu il də yanaşma tərzimiz bu cür olacaq. Hesab edirik ki, bu çox əhəmiyyətlidir. Prezident (Obama) 1915-ci ildə nə baş verməsi barədə fikirlərini mütəmadi olaraq ifadə edib. Bəzi insanlar bu il fərqli bir söz eşitmək istədi, bunu əlbəttə görürük və həssaslıqla yanaşırıq. Amma möcud yanaşma tərzinin ən doğru yol olduğuna inanırıq”.
Harf həmçinin, Obama administrasiyasının türklərin təzyiqinə boyun əyməsi barədə bəzi amerikalı ermənilərə aid iddiaları da qəbul etməyib:
“Mövzular barədə nə deyəcəyiomizə və necə deyəcəyimizə dair qərarları özümüz qəbul edirik. Prezidentdən, Osmanlının son illərində 1.5 milyon erməninin öldürüldüyü və ya ölümə göndərildiyi barədə tarixi həqiqət barədə güclü ifadələr eşidəcəksiniz. Bunu həmişə və dəfələrlə deyib”.
Mənbə:> ANSPRESS