AP bu gün bəyanat verəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

AP bu gün bəyanat verəcək

AP bu gün bəyanat verəcək


Avropa Parlamenti (AP) bu gün 1915-ci hadisələri barədə bəyanat verəcək. ANS PRESS-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, AP-də siyasi qrupların ortaq təklifi ilə müzakirəyə çıxarılaraq qəbul olunacaq qərarın hüquqi qüvvəsi olmayacaq. Bundan başqa AP-nin hər iki ölkəyə münasibətləri normallaşdırmaq çağırışı edəcəyi də gözlənilir.

Avropa Birliyi Xarici İşlər üzrə ali nümayəndəsi Federika Moqerininin mətbuat sözçüsü Maya Koçiyançik parlamentin qəbul edəcəyi qərarı gözdən keçirəcəklərini, bütün hallarda AB-nin öz mövqeyinə bağlı qalacağını bildirib.

“Sülh Avropa layihəsinin və dəyərlərinin əsas prinsiplərindən biridir. Bu çərçivədə Türkiyə və Ermənistan arasındakı münasibətlərin mümkün olan ən qısa vaxt ərzində normallaşması xüsusilə əhəmiyyətlidir. Bir neçə il əvvəl imzalanan protokolların həyata keçirilməsinə hələ də ehtiyac var və bu sayədə normallaşma davam edə bilər. Tarixi mövzuların uzlaşma ruhu ilə şəffaf və sakitcə müzakirəsi də açar rolunu oynayacaq. Bu çərçivədə Türkiyənin bəzi addımlarını razılıqla qarşıladıq və bunu illik hesabatda qeyd edirik. Tərəfləri barışmağa gedən yolu açacaq əlavə addımlar atmağa təşviq edirik”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *