Serj boyundan böyük danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Serj boyundan böyük danışdı

Serj boyundan böyük danışdı


Ermənistan prezidenti Serj Sarkisyan paytaxt İrəvanda keçirilən beynəlxalq media formunda ölkəsi ilə Türkiyə arasındakı münasibətlərdən danışıb. ANS PRESS-in məlumatına görə, Sarkisyan Türkiyə ilə imzalanan protokolların ratifikasiya olunmamasına görə rəsmi Ankaranı ittiham edib.

“Türkiyə ilə imzalanan protokolların parlamentdə ratifikasiya olunmaması bu ölkə ilə uzlaşma qapılarını bağlamağımız mənasına gəlmir. Türkiyənin apardığı siyasətə görə həyata keçirilməsi mümkünsüz olduğundan həmin protokolların ratifikasiyasını dondurdum. Gözlədiyimiz nəticəni əldə edə bilmədik və bu məsələdə kimin günahkar olduğunu hamı bilir. Həmçinin üçüncü bir ölkənin konstruktiv olmayan yanaşmasının qurbanı olmuş bir prosesdə iştirak etməyəcəyik”.

Xatırladaq ki, bu protokollar 2007-ci ildə İsveçrənin vasitəçiliyi ilə başladılan proses əsasında 10 oktyabr 2009-cu ildə imzalanıb. İkili münasibətlərin normallaşması üçün hazırlanan protokollar hər iki ölkədə də təsdiq olunması üçün əlaqədar qurumlara göndərilmişdi. Bu baxımdan rəsmi Ankara protokolları Türkiyə Böyük Millət Məclisinə göndərmişdi.

Ermənistan hökuməti isə qanunvericiliyə uyğunluğunun yoxlanması üçün protokolları konstitusiya məhkəməsinə göndərmiş, daha sonra protokollar təsdiq olunması üçün milli məclisə təqdim olunmuşdu. Prezident Sarkisyan 2010-cu il 22 aprel tarixdə protokolların ratifikasiya prosesini dondurduğunu açıqlamışdı.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *