Sarkisyan həbs oluna bilər
Ermənistan baş prokuroru Gevorq Kostanyan 1 mart 2008-ci il tarixdə həlak olmuş nümayişçilərlə bağlı cinayət işini yenidən qaldırmaq üçün sərəncam verib.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan baş prokurorluğu məlumat yayıb.
Ermənistan ordusu 1 mart 2008-ci il tarixdə prezident seçkilərinin nəticələrinə etiraz edən dinc nümayişə güllə atmışdı. Nəticədə, 10 nəfər həlak olmuşdu, yüzlərlə adam həbs olunmuşdu. Nümayiş qanla yatırıldıqdan sonra Serj Sarkisyan prezident kürsüsünə əyləşmişdi.
1 mart 2008-ci il tarixi Ermənistanın taleyində dönüş nöqtəsinə çevrilmişdi. “Qarabağ” klanının zülmünə dözə bilməyən yerli əhali birdəfəlik Ermənistanı tərk etməyə başlayıb. Son məlumatlara görə, Ermənistanın rəsmi əhalisi keçən 6 il ərzində 1 milyon azalıb.
Mənbə:> ANSPRESS