Davudoğlundan Qarabağ mesajı
Türkiyənin baş naziri Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb.
ANS PRESS-in məlumatına görə, ötən gün Türkiyənin “Kanal 24” televiziyasında gündəmlə bağlı bir sualları cavablandıran baş nazir Əhməd Davudoğlu ermənilərin törətdiyi qırğınların görməzlikdən gəlindiyini vurğulayıb.
Türkiyəli baş nazir Ermənistanda Türkiyəyə qarşı nifrət hiss aşılandığını vurğulayaraq, hələ də Azərbaycan torpaqlarının 20 % hissəsini işğal altında saxladıqlarını xatırladıb.
“Ermənilərdə on ildən çoxdur ki, nəsildən-nəsilə ötürülən nifrət dili mövcuddur. Bu nifrət dili ilə böyüyənlər də diaspor fəaliyyəti ilə məşğuldur. Onlar Ermənistanın Azərbaycanın 20 %-ni işğal etdiklərini qəbul etmirlər və bu fakt görməzlikdən gəlinir. Ortada son dərəcə ədalətsiz bir tab lo var”, – deyə Əhməd Davudoğlu bildirib.
Bundan başqa, o, dünya müharibələrində müsəlmanların, türklərin ağrı-acılarının, dərdlərinin unudulduğunu da dilə gətirib: “Xocalı qətliamı unudulur, lakin hardasa Azərbaycanın bu faciəyə görə Ermənistandan üzr istəməsi və unudularaq Türkiyə-Ermənistan əlaqələrinin düzəldilməsi gözlənilir. Bizim tələbimiz odur ki, gəlin Qafqazda birlikdə sülhün təməlini qoyaq və bu şəkildə də aramızdakı sərhədləri açaq.”
Mənbə:> ANSPRESS