Davudoğludan ermənilərə mesaj
"Dağlıq Qarabağda tez bir zamanda sülhə nail olmaq lazımdır".
ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbulda keçirilən Atlantik Şurası Enerji və İqtisadi Zirvəsində deyib.
Baş nazir bildirib ki, bu gün Ermənistanda əhalinin sosial vəziyyəti ağırdır və bunun da səbəbləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir.
"Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçəcəyinə çoxları inanmırdı. Amma layihə baş tutdu, neft axmağa başladı. Azərbaycan ciddi iqtisadi yüksəlişə nail oldu. Ermənistan isə bütün bu iqtisadi layihələrdən kənarda qaldı. Niyə? İsrarla, inadla Azərbaycan torpaqlarının 20%-i işğal altında saxlayır. Tez bir zamanda Dağlıq Qarabağda, Kiprdə sülhə nail olmaq lazımdır", deyə Davudoğlu bildirib.
Mənbə:> ANSPRESS