Tatarıstan prezidenti Azərbaycandadır
Tatarıstan Respublikasının prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Rüstəm Minnixanov işgüzar səfərlə Azərbaycana gəlib.
Oxu.Az respublika rəhbərinin saytına istinadla xəbər verir ki, Minnixanov Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşəcək.
Azərbaycan prezidenti İlham Əliyev və yerli tatar icması ilə görüşlər də planlaşdırılıb.
Aprelin 14-də Minnixanov Gəncəyə səfər edəcək. Həmin gün Gəncədə “Kamaz” avtomobillərinin yığım xəttinin açılışı olacaq.
Mənbə:> Oxu.Az