Rusiyanın baş nazir müavini Bakıya gəlir
Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.
AzNews.info-nun məlumatına görə, Rusiyanın Bakıdakı səfirliyindən Trend-ə deyiblər ki, danışıqlar RF Baş nazirinin müavini Arkadi Dvorkoviçin Azərbaycana səfəri çərçivəsində baş tutacaq.
Səfirlikdən bildiriblər ki, A.Dvorkoviç Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, iqtisadiyyat naziri Şahin Mustafayev, eləcə də energetika naziri Natiq Əliyevlə görüşlər keçirəcək.
Mənbə:> Trend