Gürcü nazir Azərbaycana gəlir
Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili aprelin 14-də Azərbaycana səfər edəcək.
Oxu.Az Nəqliyyat Nazirliyinin məlumatına istinadla xəbər verir ki, G. Kvirikaşvili səfər zamanı Azərbaycan nəqliyyat naziri Ziya Məmmədovla görüşəcək.
Səfərin məqsədi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin texniki tərəfi və qarşılıqlı fəaliyyət tələb edən digər məsələləri müzakirə etməkdir.
Mənbə:> Oxu.Az