Davudoğlu: Həzrəti Peyğəmbərin ayaq izinin tozu olmaq şərəfdir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Davudoğlu: Həzrəti Peyğəmbərin ayaq izinin tozu olmaq şərəfdir

Davudoğlu: Həzrəti Peyğəmbərin ayaq izinin tozu olmaq şərəfdir


Həzrəti Peyğəmbər qaranlıqlar içində, cahilliyin yayıldığı bir mühitdə həqiqəti öz gur səsi ilə hayqıraraq, insanlıq tarixini dəyişən ulu bir öndərdir. Onun davamçısı olmaq, onun ayaq izlərinin davamçısı olmaq, onun ayaq izlərinin tozu olmaq hamımız üçün böyük şərəfdir. Bundan daha böyük şərəf ola bilməz.

Oxu.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu bildirib.

İslam mədəniyyətinin digər mədəniyyətlərdən əsas fərqini Mədinə şəhərinə sahib olmasında görən Davudoğlu bildirib:

“Xristianların heç zaman Mədinəsi olmayıb. Nə Həzrəti İsanın dövründə, nə də sonrakı vaxtlarda”.

Güc sahibi olmağın imtahanının Həzrəti Peyğəmbərin Mədinədəki həyatında göstərdiyini qeyd edən Davudoğlu bildirib:

“Kasıb, gücsüz olarkən bəzi sınaqlardan çıxmaq çox asan olur. Amma əsas imtahan mal sahibi olan varlının, elm sahibi olan alimin, güc sahibi olan dövlət adamının imtahanıdır. Yenə də dövlət adamları – bizlər üçün nümunə götürə biləcəyimiz peyğəmbərimiz var. Mədinədə necə rəftar etdiyini gördük – heç bir gücə qarşı boyun əymədi, amma öz gücünə də tabe olmadı, öz gücünü bütləşdirmədi. Belə bir nümunəni görmək bizim üçün ən böyük nemətdir”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *