Paşinyan: "Qarabağ məsələsini erməni xalqı həll etməlidir, mən yox"
"Nə vaxt ki, biz Qarabağ məsələsinin həllini özümüz üçün aydın təsəvvür edəcəyik, onda digər formulalarla daha asan olacaq".
Virtualaz.org “Novosti Armeniya”ya istinadən bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu bu gün Yerevan Dövlət Universitetində İqtisad fakültəsinin müəllim və tələbələri ilə görüşündə deyib.
"Ən təəccüblüsü odur ki, bizdə bu mövzuda ictimai müzakirələr aparılmayıb. Mən təzə baş nazir olanada çoxları müsahibələr verirdilər: biri deyirdi ki, nəyisə satdılar, başqası danışırdı ki, başqa şeyi satdılar, üçüncü də iddia edirdi ki, əgər hələ satmayıblarsa, tezliklə satacaqlar. Amma heç kəs soruşmur: mən danışıqlara gedəndə, niyə mənim arxamda belə danışıqlar aparılmalıdır və onlar ümumiyyətlə niyə mövcuddur? Buna görə də məni Qarabağ məsələsi üzrə müzakirələrə göndərəndə dərhal deməyin: siz gedəcəksiniz və bu məsələ ilə bağlı bu şəkildə qərar verəcəksiniz. Bu gün erməni xalqı baş nazirə deməyib ki, danışıqlara get, bu da sənə kağız, oradan oxu, danış, əzbər öyrən və məsələni belə həll et. Ona görə də müxtəlif söhbətlər var", - deyə N.Paşinyan vurğulayıb.
N.Paşinyanın sözlərinə görə, əlbəttə, bu məsələ ilə bağlı onun öz baxışları var: "Amma burada erməni xalqının baxışı olmalıdır, çünki bu məsələni o həll etməlidir, baş nazir və ya hökumət yox".
Mənbə:> Virtualaz.org