Paşinyan: “Azərbaycan lideri ilə danışıqlara hazıram, amma...”
Ermənistan parlamentində bu dəqiqələrdə Nikol Paşinyanın baş nazir postuna namizədliyi müzakirə olunur. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, deputatlar ona müxtəlif mövzularla bağlı suallar ünvanlayırlar. Qarabağ məsələsinə dair suallara cavab verən Paşinyan deyib ki, danışıqları davam etdirməyə hazırdır, amma Dağlıq Qarabağ danışıqlar masasına qayıtmadan müzakirələr effektiv olmayacaq.
“Biz Azərbaycan lideri ilə danışıqlara hazırıq. Lakin qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ rəhbərliyi iştirak etmədikdə danışıqlar effektiv hesab edilə bilməz, bu danışıqlara vasitəçilik edən Minsk Qrupunun sənədlərində də əksini tapıb”-Nikol Paşinyan deyib.
Onun fikrincə Qarabağ məsələsində Ermənistan əsasən orduya ciddi fikir verməlidir.
Mənbə:> Virtualaz.org