Paşinyan erməni əsgərlərinin qida və geyim problemləri barədə
"Valideynlər əsgərlərə məişət ləvazimatları almağa məcbur edilməməlidir".
Virtualaz.org “Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu bu gün baş nazir Nikol Paşinyan Ermənistan parlamentində “Hökumət saatı”nda deyib.
O bildirib ki, əgər uşaqlardan valideynlərə nəyinsə çatışmadığı barədə zənglər gələrsə, dərhal Müdafiə Nazirliyinə və ya mətbuata müraciət etmək, harada və hansı problemin olduğunu çatdırmaq lazımdır.
"Onda da biz tez reaksiya verməli və nəticə çıxarmalıyıq", — deyə Paşinyan vurğulayıb.
“Silahlı Qüvvələrin Baş Qərargahı bəyan edir ki, əsgərlərin ehtiyaclarını tamamilə təmin etmək iqtidarındadır. Amma qidalanma və geyimlə bağlı məsələlərdə problemlər var və onları həll etmək lazımdır”, - deyə Ermənistanın baş naziri əlavə edib.
Mənbə:> Virtualaz.org