Paşinyan Ermənistanın bütün qubernatorlarını dəyişəcək
Ermənistan hökuməti bütün qubernatorları dəyişmək qərarına gəlib.
TASS xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Düşünürəm ki, qubernatorların heyəti tam olaraq dəyişəcək”, - deyə baş nazir qeyd edib.
Paşinyanın sözlərinə görə, Ermənistanın yeni hökumətinin qarşıya qoyduğu əsas tapşırıqlardan biri növbədənkənar parlament seçkiləri keçirməkdir.
“Prioritet məsələ növbədənkənar seçkilərdir. Ancaq buna baxmayaraq, hökumət normal fəaliyyətini davam etdirməli və uzunmüddətli proqramlar təqdim etməlidir”, - deyə Paşinyan vurğulayıb.
Mənbə:> TASS