Paşinyan yeni kabinetə ilk tapşırığını verdi
Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin yeni tərkibi ilə iclas keçirib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Bizim işimizin fəlsəfəsi və məntiqi vətəndaşlarımızın həyatının daha rahat və firavan olmasına gətirib çıxaracaq. Əlbəttə, siyasi planda bizim prioritet vəzifəmiz növbədənkənar parlament seçkilərinə hazırlıqdır. Həmin vaxta qədər bizdə ciddi nəticələr olmalıdır. İnsanlar yeni Nazirlər Kabinetinə inam bəsləyir və hökumətin əsas vəzifəsi bu inamı doğrutmaqdır.”, - Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, yeni hökumətin tərkibinə fərqli siyasi qüvvələrin təmsilçiləri daxil olsa da, onlar bir komanda şəklində çalışmalıdır, yoxsa islahatların effekti olmayacaq. O bildirib ki, hökumətin əsas vəzifələrindən biri parlamentə təqdim edilməli olan planın hazırlanmasıdır.
Mənbə:> Virtualaz.org