Sarkisyanın tərəfdarları Paşinyan hökumətində işləməyəcəklər
Ermənistanın Respublika Partiyası institutsal müxalifət olacaq.
“İnterfaks” bildirir ki, bunu partiyanın sədr müavini Armen Aşotyan deyib.
"Biz institutsal müxalifət olacağıq. Bizim stilimiz cərəyan edən siyasi proseslərə uyğun olaraq dəyişəcək", - deyə A.Aşotyan bu axşam keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Respublika Partiyasının üzvləri yeni hökumətin tərkibinə daxil olmayacaqlar.
"Bu məsələyə baxmaq siyasi ikiüzlülük olardı. Biz buna baxmamışıq və baxmayacağıq. Yeni hökumət özü məsuliyyət daşımalı və öz proqramını özü maddiləşdirməlidir”, - deyə o qeyd edib.
Mənbə:> “İnterfaks”