Erməni deputatlar Bakıda Ermənistanın müstəqillik gününü qeyd etdilər – FOTO
Bu foto Bakıdakı otellərdən birində çəkilib. Ermənilər Ermənistanın müstəqllik gününü Bakıda qeyd edirlər
Ermənistan parlamenti Xarici Əlaqələr Komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan artıq Bakıdadır.
Ermənistan parlamentinin rəsmi "Facebook" səhifəsindəki məlumatda deyilir:
"Bu bayram gününü (21 sentyabrda Ermənistan müstəqillik gününü qeyd edir-red.) onlar yolda keçirdilər. Nəhayət, Bakıya gəldilər. Hamımızı müstəqillik günü münasibətilə təbrik edirik".
Qeyd edək ki, radikal millətçi olan Armen Aşotyan həm də prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika partiyasının sədr müavinidir.
Erməni deputatlar sentyabrın 22-də Bakıda keçiriləcək “Avronest” Parlament Assambleyasının iclasında iştirak edəcəklər. İclas qadın sağlamlığı və gender bərabərliyinə həsr olunub. Erməni nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 23-də başa çatacaq. Nümayəndə heyətinin tərkibində Armen Aşotyanın köməkçisi Aram Barseqyan da yer alıb.
Ermənilər Ermənistanın müstəqillik gününü Bakıda içki məclisi təşkil edərək qeyd edirlər.
Mənbə:> Vetenugrunda.az