Erməni nazir Bakıya gəlir
Bu il Ermənistan şagirdləri Bakıda keçiriləcək kimya üzrə 47-ci beynəlxalq olimpiadada iştirak edəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə “Novosti-Armeniya” ya Ermənistanın Təhsil və Elm Nazirliyindən məlumat verilib.
“Erməni şagirdlərinin olimpiadada iştirakının vacibliyini nəzərə alaraq, Ermənistanın milli olimpiya komandasının 20-29 iyul tarixində Bakıda keçiriləcək kimya üzrə 47-ci beynəlxalq olimpiadada iştirakı barədə qərar qəbul olunub”, - məlumatda deyilir.
Məlumata əsasən, hazırda erməni komandasının hazırlığı üzrə işlər aparılır. Komandanı təhsil və elm naziri Armen Aşotyan müşayiət edəcək. Ermənistanın iştirak məsələsi Azərbaycanın erməni nümayəndə heyətinin təhlükəsizliyinə müvafiq zəmanət verməsindən sonra tam həll olunacaq.
Mənbə:> Oxu.Az