Paşinyan xalqa müraciət etdi: “Sabah baş nazir olacağam” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Video

Paşinyan xalqa müraciət etdi: “Sabah baş nazir olacağam” – YENİLƏNİB

Paşinyan xalqa müraciət etdi: “Sabah baş nazir olacağam”

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bugünkü mitinqdə öz namizədliyi haqda danışarkən bidlrib ki, parlamentin 4 fraksiyasından 3-ü onu dəstəkləyir: “Başqa namizəd yoxdur. 3 fraksiya xalqın namizədini dəstəkləyəcəyini bəyan edib. Respublika Partiyası bildirib ki, müdaxilə etməyəcək. Böyük ehtimalla, sizin namizədiniz sabah baş nazir olacaq”.

“İndiyə qədər bizə elə gəlirdi ki, bu, siyasi prosesin ən vacib hadisəsi olacaq. Ancaq həqiqətdə, bu gün artıq təsdiq etmək olar ki, ən vacib hadisə bir neçə gün əvvəl baş verdi. O vaxt ki, biz və bütün dünya gördü: Ermənistan Respublikasında xalq var və o, ayağa qalxdı", - deyə Paşinyan əlavə edib.

* * *20:04

Yerevanın mərkəzindəki "Respublika" meydanında etiraz hərəkatının lideri Nikol Paşinyanın rəhbərliyi ilə çoxminlik mitinq keçirilir.

RİA Novosti-nin məlumatına görə, nümayişçilər əllərində müxtəlif, eləcə də "Rusiya-Ermənistan dostluğu əbədidir" yazılmış plakatlar tutublar.

Mitinqin keçirildiyi meydanda çoxlu sayda polis var, onlar vəziyyətə nəzarət edirlər.

Bu arada məlum olub ki, müxalifət lideri Nikol Paşinyan Ermənistanda baş nazir postuna yeganə namizəddir.

Bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

“Parlamentinin “Yolk” fraksiyası konstitusiyanın tələblərinə uyğun olaraq, baş nazir postuna Nikol Paşinyanın namizədliyini irəli sürüb. Başqa namizədlər yoxdur”, - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, Paşinyan baş nazir seçilməsi üçün 105 deputatdan azı 53-ünün etimadını qazanmalıdır. Bunun üçün onun namizədliyini Ermənistanın hakim partiyası sayılan “Respublika” partiyasının deputatları da dəstəkləməlidir.



* * *18:34

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan parlament fraksiyalarının nümayəndələri ilə görüşdən sonra mitinqə gedib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, o, Qaregin Nijde meydanında yenidən yürüşə başlayıb. Yürüş işitirakçıları Yerevan küçələrindən keçəcək və mitinq keçiriləcək Respublika meydanına gələcəklər.

Xatırladaq ki, mayın 1-də Ermənistan parlamentinin xüsusi iclasında baş nazirin seçilməsi məsələsi müzakirə olunacaq. Hazırda N.Paşinyan yeganə namizəddir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *