Paşinyan Rusiya hərbi bazasına tərəf gedib Qarabağa görə "daha möhkəm təminat" istədi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Paşinyan Rusiya hərbi bazasına tərəf gedib Qarabağa görə "daha möhkəm təminat" istədi – YENİLƏNİB

Paşinyan Rusiya hərbi bazasına tərəf gedib Qarabağa görə "daha möhkəm təminat" istədi

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan hökumətdən istefaya getməsini tələb edib. Bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, o, həmçinin ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib. Müxalifət lideri ultimatumla çıxış edərək bildirib ki, baş nazir vəzifəsinə xalqın arasından çıxan nümayəndənin seçilməyəcəyi təqdirdə növbədənkənar parlament seçkilərini boykot edəcək.

Ermənistanın hakim partiyası isə bütün siyasi qüvvələri danışıqlar masası ətrafına əyləşməyə və vəziyyətdən konstruktiv çıxış yolu tapmaşa çağırıb.

* * *21:21

Ermənistandakı etiraz hərəkatının lideri Nikol Paşinyan bildirib ki, müxalifətin hakimiyyətə gələcəyi təqdirdə Ermənistan KTMT üzvü olaraq qalacaq, həmçinin Aİ və Avrasiya İqtisadi İttifaqı üzrə “beynəlxalq öhdəliklərə sadiq olacaq”.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, Gümrüdə tərəfdarları ilə keçirdiyi mitinqdə Paşinyan deyib: “Təminat verirəm ki, Ermənistan KTMT tərkibində qalacaq... çünki bu, Ermənistanın maraqlarına cavab verir. Biz bu təşkilatın daha effektiv olması, Ermənistana və Qarabağa əlavə təhlükəsizlik təminatı verməsi üzərində işləyəcəyik”.

Onun sözlərinə görə, hərəkat Rusiyaya qarşı deyil, ölkəni ağılsız və anantürist yola aparmayacaq.

“Biz bəyan edirik ki, Ermənistan bütün, o cümlədən Aİ və Avrasiya İqtisadi İttifaqı üzrə öhdəliklərə sadiq qalacaq”, - Paşinyan deyib.

* * *19:37

Paşinyan Rusiya hərbi bazasına tərəf gedib Qarabağa görə "daha möhkəm təminat" istədi


Ermənistandakı etiraz hərəkatının lideri, parlamentin deputatı Nikol Paşinyanın rəhbərliyi altında maşın karvanı Gümrü şəhərinə çatıb.

Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Gümrüdə kifayət qədər insanın toplaşdığı Vardanants meydanında tezliklə mitinq başlayacaq.

Qeyd edək ki, Yerevanda kütləvi etiraz aksiyaları bazar günü davam etdiriləcək. Bu gün və sabah Paşinyan ölkənin əhəmiyyətinə görə ikinci və üçüncü şəhərlərində mitinq keçirəcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *