Paşinyan: “Mən seçilməsəm, heç kim seçilməyəcək” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Paşinyan: “Mən seçilməsəm, heç kim seçilməyəcək” – YENİLƏNİB

Paşinyan: “Mən seçilməsəm, heç kim seçilməyəcək”

Nikol Paşinyan Ermənistan baş nazirinin vəzifələrini icra edən Karen Karapetyanı danışıqlara dəvət edib.

Virtualaz.org “Russia Today”ə istinadın xəbər verir ki, erməni etiraz hərəkatının lideri danışıqların sabah, aprelin 27-də keçirilməsini təklif edib.

* * *21:00

Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan bugünkü mitinqdə bildirib ki, onu baş nazir seçməsələr, bu posta heç kim seçilməyəcək.

Virtualaz.org TASS-a istinadən xəbər verir ki, siyasətçinin fikrincə, o, bütün parlament fraksiyalarının ortaq qərarı ilə bu vəzifəyə irəli ürüləcəyinə ümid edir.

* * *20:03

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri vəzifələrini icra edən Karen Karapetyan arasında telefon danışığı olub.

Virtualaz.org Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət zamanı Ermənistandakı böhran vəziyyətinin yalnız hüquqi müstəvidə, qüvvədə olan Konstitusiya çərçivəsində və 2017-ci ilin aprel ayında keçirilmiş legitim parlament seçkilərinin nəticələri əsasında tənzimlənməsinin əhəmiyyəti vurğulanıb.

Bu mənada mayın 1-də parlamentdə təyin edilmiş baş nazir seçkilərinin əhəmiyyəti qeyd olunub.

* * *19:04

"Ermənistana kimin rəhbərlik edəcəyinə dair qərar ictimai konsensus əsasında ölkə daxilində qəbul olunmalıdır".

RİA “Novosti” xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Məhz Ermənistanın içində konsensus və ictimai razılıq olmalıdır ki, bu ölkəyə kim və necə rəhbərlik etməlidir, hansı kurs seçiləcək və s.", - o deyib.

* * *18:34

Bugün axşam saatlarına təyin olunmuş mitinqdə Ermənistan müxalifətinin lideri Nikol Paşinyan “strateji əhəmiyyətli” bəyanat verəcək. Virtualaz.org xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsindəki müraciətində deyib.

“İnqilab davam etməli və xəyali deyil, real nəticələr verməlidir. Hamını bu gün Respublika meydanında olmağa çağırıram, çünki strateji əhəmiyyətli bəyanat səslənəcək”, - Paçinyan deyib.

O əlavə edib ki, mitinqdə etiraz hərəkatının ikinci mərhələsinin “yol xəritəsi” açıqlanacaq – prosesin “hamı tırəfindən arzulanan” və məntiqi sonluğuna çatmaq üçün hərəkatı necə davam etdirməli.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *